Arxitektura sahəsində də oxumaq və işləmək istəyən qızların sayı artıb
"Bu gün qadınların çoxu əsasən tibb və təhsil sahəsində çalışır. Bu Azərbaycanın mentalitetindən irəli gəlir". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev deyib. O bildiirb ki, Azərbaycan Dövlət Pedaqoji və ya Bakı Dövlət universitetlərinin pedaqoji, dil-ədəbiyyat və digər fakultələrinə 4-5 nəfər daxil olursa, onların biri oğlan olmur.
"Qızlar əsasən humanitar sahələrdə oxumağa, bilik əldə etməyə üstünlük verirlər. Son illərdə arxitektura sahəsində də oxumaq istəyən qızların sayı artıb. Arxitektur və ya mühəndis olmaq istəyən gənclər arasında 5 nəfərdən 1-i mütləq qız olur", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB