“İş yerlərində qadınların gender diskriminasiyasına qarşı mübarizə”
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
(AHİK) "İş yerlərində qadınların gender diskriminasiyasına qarşı mübarizə"yə
dair sorğu-araşdırmanın nəticələrini açıqlayıb. SİA-nın xəbərinə görə, 2011-ci ilin iyun-sentyabr aylarında aparılan
sorğuda 18-65 yaş arasında çalışan qadın işçi qüvvəsi iştirak edib.
Respondentlərin böyük hissəsi iqtisadi cəhətdən aktiv hesab edilən kateqoriyaya
aid olan qadınlardır olub. Araşdırmanın məqsədi isə əmək sahəsində qadın
ayrı-seçkiliyini yaradan faktorları aydınlaşdırmaq, qadınlara qarşı
diskriminasiya hallarını araşdırmaq və əmək bazarında qadınların vəziyyətini
öyrənməkdir.
Respublikanın 4 bölgəsində aparılan sorğunun nəticələrinə görə, qadınların işəgötürənlər tərəfindən diskriminasiyaya məruz qalması aşkar olunub. Ümumi nəticə göstərir ki, Gəncə bölgəsində qadınlar daha çox diskriminasiyaya məruz qalır. Belə ki, əgər bu bölgədə respondentlərin 20%-i belə halların olduğunu qeyd edirsə, Mingəçevir və Quba bölgəsində bu rəqəmlər 12 və 16%, Lənkəran regionunda isə 9% səviyyəsindədir. Ümumilikdə bütün bölgələr üçün bu göstərici 14% təşkil edir. "Hansı hallarda diskriminasiyaya məruz qalırlar?" sualını cavablandıran respondentlərin səmimiliyi şübhə doğurub. Bütün bölgələrdə isə ayrı-seçkilik hallarının işə qəbul zamanı baş verdiyi bildirilib.
Sorğuda iştirak edənlərin 35%-i isə öz hüquqlarını bilmədiyini deyib: "Eyni işə görə qadınların Lənkəranda 19, Qubada 18, Mingəçevirdə 19, Gəncədə isə 16%-i kişilərlə bərabər əmək haqqı almadıqlarını söyləyiblər".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB