Qızılağac Qoruğunun direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən 15 noyabr 2011-ci il tarixində Qızılağac Dövlət Təbiət Qoruğunda mühafizə rejimini yoxlamaq məqsədilə araşdırma aparılıb. Nazirliyin saytında yerləşdirilən mılumata görə, araşdırma zamanı Qoruğun "Qaraquş", "Xəzər" və "Akkuşa" mühafizə postlarının ərazisində mal-qaranın otarılması faktları aşkar edilib. Həmçinin, "Xəzər" mühafizə postu ərazisində qanunsuz ovun aparılmasına dəlalət edən intensiv atəş səsləri də qeydə alınıb.
Yol verilmiş qanun pozuntuları Nazirliyin əməkdaşları tərəfindən qanunvericiliyə uyğun qaydada sənədləşdirilib.
Aşkar olunmuş faktlarla bağlı vəzifə səlahiyyətlərinin icrasında yol verdiyi nöqsanlara görə Qızılağac Dövlət Təbiət Qoruğunun direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, onun vəzifəyə uyğunluğu məsələsinin araşdırılması Departament rəhbərliyinə tapşırılıb. Digər cavabdeh işçilər barəsində qanunamüvafiq qaydada intizam tənbeh tədbirləri görülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları tərəfindən Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisi nəzarətdə saxlanılır.

Bütün xəbərlər Facebook səhifəmizdə