“İş yerlərində ayrı-seçkiliyin qarşısının alınmasında həmkarlar ittifaqlarının rolu”-YENİLƏNİB
Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Fridrix Ebert Fondu və Beynəlxalq Əmək Konfederasiyasının birgə təşkilatçılığı ilə "İş yerlərində ayrı-seçkiliyin qarşısının alınmasında həmkarlar ittifaqlarının rolu" mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə çıxış edən konfederasiyanın sədri Səttar Mehbalıyev bildirib ki, son dövrlərdə dünya ölkələri ilə yanaşı Azərbaycanda da iş yerlərinə ayrı-seçkiliyin qarşısının alınmasına dair müvafiq işlər görülüb, qanunvericilik aktları qəbul edilib. Onun sözlərinə görə, hazırda qadınların əmək bazarında iştirak səviyyəsi kişilərlə müqayisədə aşağı olsa da, bu say günü-gündən artmaqdadır: "Azərbaycanda qadınlar dövlət işlərində, cəmiyyətin inkişafında fəal iştirak edir. Lakin bununla yanaşı qadınların işə götürülməsində, iş yerlərində müəyyən ayrı-seçkilik halları müşahidə olunur və bir sıra müəyyən problemlər yaranır. Bəzi işəgötürənlərin qadınların işə qəbulu prosesində ayrı-seçkiliyə yol verilir və seçim zamanı əks cinsin nümayəndəsinə daha çox üstün götürülür. Ailə və uşaq məsələləri ilə bağlı yaranacaq problemləri nəzərə alan bəzi işəgötürənlər sonradan qadınların işə götürülməsində ayrı-seçkiliyə yol verirlər. Əmək qanunvericiliyinə görə, uşaqlı analar üçün iş prosesi zamanı güzəştlər tətbiq olunmalı və onların iş saatı az olmalıdır. Əgər anaların körpə uşaqları varsa. Onlara iş ərzində 2 saat vaxt verilməlidir. Amma bunlar çox zaman həyata keçirilmir. Qadın hüquqlarının diskriminasiyasını həm iş yerlərində, həm də ailədə müşahidə edirlər. Təbii ki, hər bir qadın da öz hüquqlarını bilməli və bunu tələb etməyi bacarmalıdır. Ancaq müstəqil Azərbaycanın daha da demokratikləşməsi üçün qadınları bütün sahələrdə olması əsas götürülür. Çünki qadınlar bu dövlətin inkişafında iştirak etmirsə, kişilər müəyyən bərabərliyə sahib deyilsə, o zaman ölkəni birgə inkişaf etdirmək mümkün deyil".
Beynəlxalq Əmək Təşkilatının baş mütəxəssisi Sergius Qlovaskas qadınların cəmiyyətdəki rolundan danışıb. Qadınların cəmiyyətdə ayrı-seçkiliyinin qarşısının alınması istiqamətində mühüm işlərin görüldüyünü deyən baş mütəxəssis qeyd edib ki, onların hüquqlarının qorunması çox önəmlidir: "Bu gün Azərbaycan bütün sahələrdə inkişaf edir və regionun aparıcı dövlətinə çevrilib. Azərbaycan hökumətinin qadınlara qarşı diskriminasiya ilə mübarizəsini müsbət qiymətləndiririk. Lakin problemlərin olduğunu da danmaq olmaz, bu problemlərin aradan qaldırılması üçün isə işlər görülməlidir. Belə bir dövlətdə qadın hüquqlarının qorunması istiqamətində bir çox işlər görülməlidir. Bununla bağlı işlər gedir və bu proses daha da davam etdiirlməlidir".
Fridrix Ebert Fondunun Azərbaycan Bürosunun rəhbəri Rəşad Hüseynli fondun fəaliyyəti və görülən işlər barədə məlumat verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB