Bakıda Xəzər və Qafqaz regionlarının telekomunikasiya tədbiri olan Bakutel-2011 sərgisi başlayır.Sərginin təşkilatçısı Caspian LLC və onun tərəftaşı İTE Group şirkətidir.Sərgidə dünyanın 29 ölkəsindən 250-dən çox şirkət öz yeni məhsul və xidmətlərini nümayiş etdirəcək.
İlk dəfə olaraq, Bakutel sərgisində Avstriya, Belarus, Macarıstan, Fransa, İsrail, İran, İspaniya, Kanada, Latviya, Litva, BƏƏ, Rumuniya, ABŞ,Türkiyə, Xorvatiya, Estoniya və digər ölkələrin 18 milli ekspozisiyası nümayiş olunacaq. Burda Azərbaycan Milli pavliyonu ayrı təqdim olunacaq. Milli stend çərçivəsində 13 nazirlik İKT sahəsinə aid layihələr nümayiş etdirəcək. 24 noyabr tarixində baş tutacaq Bakutel konfransı isə işküzar proqramın mühim hissəsidir. Sərgi öz işini noyqbrın 26-dək davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB