İş yerlərində ayrı-seçkilik salınır

İş yerlərində ayrı-seçkilik salınır

Bu gün "İş yerlərində ayrı-seçkiliyin qarşısının alınmasında Həmkarlar İttifaqlarının rolu" mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbir Həmkarlar İttifaqları Konfederasiyası, Fridrix Ebert Fodunu və Beynəlxalq Əmək Konfederasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Tədbiri giriş sözü ilə açan konfederasiyanın sədri Səttar Mehbalıyev bildirib ki, son dövrlərdə dünya ölkələri ilə yanaşı Azərbaycanda da iş yerlərinə ayrı-seçkiliyin qarşısının alınmasına dair müvafiq işlər görülüb, qanunvericilik aktları qəbul edilib. Onun sözlərinə görə, hazırda qadınların əmək bazarında iştirak səviyyəsi kişilərlə müqayisədə aşağı olsa da, bu say günü-gündən artmaqdadır."Əmək bazarında iştirak səviyyəsi cəmiyyətdə qadınların iqtisadi və sosial inkişafını nümayiş etdirən müsbət fakt hesab edilir. Azərbaycanda qadınlar dövlət işlərində, cəmiyyətin inkişafında fəal iştirak edir. Lakin bununla yanaşı qadınların işə götürülməsində. iş yerlərində müəyyən ayrı-seçkilik halları müşahidə olunur və bir sıra müəyyən problemlər yaranır. Təbii ki, bunların aradan qaldırılması üçün müəyyən işlər görülüb. Qadın hüquqlarının diskriminasiyasını həm iş yerlərində, həm də ailədə müşahidə edirlər. Ancaq müstəqil Azərbaycanın daha da demokratikləşməsi üçün qadınları bütün sahələrdə olması əsas götürülür. Çünki qadınlar bu dövlətin inkişafında iştirak etmirsə, kişilər müəyyən bərabərliyə sahib deyilsə, o zaman ölkəni birgə inkişaf etdirmək mümkün deyil".


Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə