Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, günün ikinci yarısından başlayaraq havanın tutqun olacağı, axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək, günün ikinci yarısından güclənəcək. Havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 7-9 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli olacağı, günün ikinci yarısından dəyişiləcəyi, yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, arabir intensivləşəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 9-14 dərəcə şaxta təşkil edəcək.
Hava şəraitinin qısa icmalı: Günün ikinci yarısından şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Temperatur ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.
Tibbi - meteoroloji proqnoz: Noyabrın 23-ü günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi, 24-də kəskinləşməsi, güclü xəzri küləyi fonunda soyuq diskomfort şərait meteohəssas insanlar üçün əlverişsizdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB