BMT nümayəndəsi Seyfülislam Qəzzafini müdafiə etdi

BMT nümayəndəsi Seyfülislam Qəzzafini müdafiə etdi
BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarı Navi Pillay, Seyfülislam Qəzzafi və Sənusiyə Liviya keçid hökuməti tərəfindən yaxşı münasibət göstərilməsini tələb edib. SİA-nın verdiyi məlumata goörə, Pillay açıqlamasında Qəzzafinin oğulu və keçmiş hərbi kəşfiyyat rəhbərinin tutulmasının Liviyada ədalətin gələcəyi üçün böyük bir işarə olduğunu söyləyərək, \"Liviya hakimiyyəti xalqa verdikləri sözlərdən sonra Seyfülislam Qəzzafi və Abdullah Sənusinin insani həbs şərtlərini təmin etmək məcburiyyətindədirlər\", - deyib. BMT insan haqqları nümayəndəsi Pillay ayrıca olaraq Liviya rəhbərliyinə Beynəlxalq Haaqa Məhkəməsi ilə tam şəkildə əməkdaşlıq etmələri çağırışını səsləndirib. Həmçinin Beynəlxalq Qızılxaç Komitəsi (ICRC) Seyfülislam Qəzzafini həbsdə ziyarət etmək tələbini Liviyadakı keçid hökuməti səlahiyyətlilərinə çatdırdığını açıqlayıb. ICRC rəhbəri Yves Daccord Cenevredə keçirdiyi mətbuat konfransında, \'\'Seyfülislam Qəzzafinin qorunması lazım olan bir fərd olduğunu\'\' söyləyər.



Bütün xəbərlər Facebook səhifəmizdə