Heydər Əliyev mərkəzində təşkil olunan tədbirdə rayonun idarə, müəssisə və dini icma rəhbərləri iştirak edib. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, tədbirdə çıxış edənlər rayonda dini sahədə görülən işlərdən və mövcud problemlərdən söz açıblar.
Qeyd olunub ki, Qubada mövcud olan 68 məsciddən cəmi 39-u fəaliyyət göstərir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şimal bölgəsi üzrə nümayəndəsi Eynulla Nurullayev açıqlamasında bildirib ki, rayonda dini sahədə ən ciddi problemlər qanunsuz məscid və mədrəsə tikintinin aparılmasındadır. Belə ki, Qubanın bir neçə kəndində bu kimi faktlar aşkarlanıb. Bu səbəbdəndə həmin məscidlərin tikintisi dayandırılıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şimal bölgəsi üzrə nümayəndəsi Eynulla Nurullayev qeyd edib ki, bəzi dini ekstremis qrupların təsiri altına düşən şəxslərə qarşı rayonda ciddi tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, belə tədbirlərin əsasını maarifləndirmə təşkil edir.
Məlumat üçün bildirək ki, hazırda Qubada mövcud əhalinin 4 %-ni dindarlar təşkil edir.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB