Bu günlərdə Şəki Regional Mərkəzinin əməkdaşları Mingəçevir şəhərində, Şəki rayonundakı Baltalı kəndi, Qaxdakı Ləkitkötüklü və Ləkitmalax kəndlərində maarifləndirici tədbirlər keçiriblər. SİA-nın xəbərinə görə, bələdiyyə üzvlərinin, kənd icra nümayəndəliklərinin, icmaların və əhalinin iştirakı ilə təşkil olunan bu maarifləndirmə tədbirlərində regional mərkəzin nümayəndələri iştirakçılara insan hüquq və azadlıqları, bu sahədə müvafiq beynəlxalq konvensiyaların və milli qanunvericiliyin əsas müddəaları, Ombudsman E.Süleymanovanın insan hüquqlarının müdafiəsi və təmini üzrə fəaliyyəti barədə ətraflı məlumat verib, sualları cavablandırıblar.
Tədbirlərdə iştirakçılara regional mərkəzin fəaliyyəti barədə də məlumat verilib, mərkəzə müraciətetmə qaydaları izah edilmiş, pozulmuş insan hüquqlarının bərpası istiqamətində maarifləndirici məsləhətlər verilib, eyni zamanda Müvəkkilə ünvanlanmış müraciətlər qəbul edilib. Tədbirin sonunda Ombudsman təsisatında hazırlanmış hüquqi nəşrlər və plakatlar iştirakçılara paylanıb.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB