Bu gün Azərbaycanda qeyd edilən ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə Bərdə rayon məhkəməsində tədbir təşkil edilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, peşə bayramı günü münasibətlə rayonda ədliyyə işçiləri əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyublar.
Tədbirdə çıxış edən rayon məhkəməsinin sədri Nizami Quliyev bildirib ki, 22 noyabr-1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib. Bu günün ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi ilə bağlı 11 noyabr 2000-ci ildə Azərbaycan prezidenti Heydər Əliyev sərəncam imzalayıb. Artıq 11 ildir ki, ədliyyə işçiləri bu günü peşə bayramı kimi qeyd edir. Tədbirdə rayon icra başçısı Vidadi İsayev də iştirak edərək ədliyyə işçilərini peşə bayramı münasibəti ilə təbirik edib, onlara bu şərəfli işində uğurlar arzulayıb.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB