Gəncə Diaqnostika Mərkəzinin həkimləri bu gün rəhbərliyə ehtiraz əlaməti olaraq aksiya keçirməyə çalışıb. Həkimlərin mətbuat nuümayəndələrinə etdiyi müraciətdən sonra SİA-nın bölgə müxbiri ərazidə baş verən prosselərə aydınlıq gətirmək qərarına gəlib.
Ancaq səhiyyə müəssisəsinin qapıları media nümayəndələri üçün bağlı olub. Mühafizə xidməti heç kimin əraziyə girişinə icazə verimədiyini və tibb ocağının bu gün ümumiyyətlə, fəaliyyət göstərmədiyini bildiriblər. Nəticə isə xəstələr üçün ürəkaçan olmayb. Müalicə üçün gələn xəstələr analoji vəziyyətlə üzləşdiklərindən əsəblərini saxlaya bilməyiblər.
Həkimlərlə telefon əlaqəsi zamanı isə maraqlı cavablar diqqətimizi çəkdi. İşçilərin çalışdıqları otaqların qapıları bağlanıb və heç kim bayıra buraxılımır. Həkimlərin dediyinə görə, çölə buraxılmama əmirini isə baş həkim verib.
Çıxılmaz vəziyyətdə qalan həkimlər mətbuat nümayəndələri ilə əlaqə qurmaq üçün dəhlizlərə və pəncərələrə çıxıblar. Qısa olaraq onu deyək ki, artıq uzun müddətdir burada çalışan tibb işqçiləri nədənsə indi işdən çıxarılır. Həkimlər isə əvəzində təzminat tələb edir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB