Macarıstanda müstəqilliyimizin 20 illiyinə həsr olunmuş tədbir keçiriləcək

Macarıstanda müstəqilliyimizin 20 illiyinə həsr olunmuş tədbir keçiriləcək

4-26 noyabr 2011-ci il tarixlərində Budapeştdə(Macarıstan) Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyinə həsr olunmuş dəyirmi masa təşkil olunacaq. SAM-dan SİA-ya verilən xəbərə görə, tədbirdə iştirak edəcək SAM-ın eksperti Heydər Mirzə "Azərbaycanın xarici siyasəti və Dağlıq Qarabağ munaqişəsi" mövzusunda məruzə ilə çıxış edəcək.

Müzakirələrdə tədbir iştirakçıları dövlətimizin 20 illik müstəqillik dövründə əldə etdiyi nailiyyətlər, enerji siyasəti, Aİ-Azərbaycan əməkdaşlığının yeni istiqamətləri, təhlükəsizlik sahəsində ölkəmizin prioritetləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Cənubi Qafqaz regionunun geosiyasəti və regionun inkişaf ssenariləri ətrafında fikir mübadiləsi aparcaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə