“Sosial məsuliyyət və SƏN 2”

“Sosial məsuliyyət və SƏN 2”

Bu gün "Birliyə Doğru" Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyi "Sosial məsuliyyət və SƏN 2" adlı müsabiqəyə start verib. SİA-nın xəbərinə görə, birliyin sədri Zərifə Quliyeva bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd cəmiyyətdə olan sosial məsuliyyət anlayışını düzgün istiqamətdə formalaşdırmaq, cəmiyyətin sosial təbəqəyə aid problemlərin həllində iştirakını və müxtəlif sahələrdə məlumatlılıq səviyyəsiuni artırmağa xidmət edir. Müsabiqədə ayrı-ayrı şəxslər, eləcə də QHT-lər iştirak edə bilər. Hər iştirakçı yalnız bir ideya təklifi irəli sürə bilər. Təkliflər xüsusi qayğıya ehtiyacı olan kimsəsiz uşaqların sosial adaptasiyası, biznes strukturlarının fəallığının artırılması, ətraf mühitin qorunması, qaçqın və məcburi köçkünlərlə iş, gənclərin sosial məsuliyyətinin formalaşması və s. istiqamətləri əhatə etməlidir. İdeyalarda irqi, milli, dini ayrı-seçkiliyə yol verilməməli, siyasi mövzulara toxunulmamalıdır.

Dörd mərhələdən ibarət olacaq müsabiqədə ideyaları həyata keçirmək üçün sosial çarxlar, reportajlar (foto, video), esselər və məqalələrdən istifadə oluna bilər. Təqdim edilmiş ideyalar real, qısa, orijinal olmalı və sosial məsuliyyət mövzusunu əhatə etməlidir.Müsabiqədə iştirak etmək istəyənlər işlərini dekabrın 3-dək təşkilatçı qurumun ünvanına göndərilməlidirlər. Təkliflər 8 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər mükafatlandırılacaqlar. Qaliblərə I yerə 1200AZN+mobil telefon, II yerə 1000AZN, III yerə isə 800 AZN mükafat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə