Səbail rayonunda oğurluq hadisəsi qeydə alınıb. Noyabr ayının 16-da rayon sakini Həsən Novruzovun mənzili naməlum şəraitdə qarət olunub.SİA-nın verdiyi məlumata görə ev sahibinə məxsus 10000 manat və 100 avro pul oğurlanıb. Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Oqtay Ələsgərov və Şəhriyar Həsənov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB