Suraxanı rayonu S.Əliyev küçəsində yaşayan Qəzənfər Şirinova məxsus evdə yanğın baş verib. SİA-nın verdiyi məlumata görə, 30 kvm. sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanaraq yararsız vəziyyətə düşüb. Sözü gedən mənzildə kirayədə yaşayan Cəmalə Əhmədova, onun uşaqları 4 yaşlı Zaur, 3 yaşlı Rəhilə, 2 yaşlı Ramilə, 1 yaşlı Kənan isə tüstüdən zəhərləniblər. Zərərçəkmişlər xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB