Daxili İşlər Nazirliyi Bakıda baş verən silahlı insidentlə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi (DİN) dünən Bakıda baş verən silahlı insidentlə bağlı məlumat yayıb. SIA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, noyabrın 21-də saat 13.30 radələrində Xəzər rayonu Buzovna qəsəbəsi R. İmanov küçəsi, ev 24-ün qarşısında Maştağa qəsəbə sakini Raci Zəkiyevin idarə etdiyi \"Nissan Tiana\" markalı avtomaşının qarşısı \"Mercedes\" markalı avtomaşınla kəsilib, həmin maşından düşən naməlum şəxs odlu silahdan atəş açaraq R. Zəkiyevə xəsarət yetirib, sərnişini, Maştağa qəsəbə sakini Hikmət Babayevi isə qətlə yetirib.
Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin \"Mercedes\" markalı avtomaşının sürücüsü, Buzovna qəsəbə sakini Rahib Rəsulov tərəfindən törədilməsi müəyyən edilib.
İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri isə Xəzər Rayon Polis İdarəsi tərəfindən aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB