İran peçləri kustar üsulla Bakıda yığılırmış

İran peçləri kustar üsulla Bakıda yığılırmış

Standartlaşdırma, metrologiya və patent üzrə Dövlət Komitəsi İran peçləri kimi tanınan qaz peçlərinə qarşı reyd keçirib. Reyd zamanı məlum olub ki, bu peçlər Bakı kondisionerlər zavodunun yaxınlığında İran vətəndaşı Mexran Manucoxrun rəhbərlik etdiyi sexdə istehsal edilir. Məlum olub ki, peçlərin hazırlanması üçün ayrı-ayrı hissələri xaricdən gətirilərək Bakıda yığılır. Həmin ərazidən çoxlu sayda kustar üsulla hazırlanan peç aşkarlanıb. Komitənin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, peçlərin qablaşdırıldığı qutuların üzərində qanunsuz sertifikat nişanlarının vurduğu da məlum olub. Hazırda faktla bağlı tədbirlər görülür. Standartlaşdırma, metrologiya və patent üzrə Dövlət Komitəsi əhaliyə bir daha xəbərdarlıq edir ki, bu cür peçlər almasınlar və aldanmamaq üçün son dərəcədə ehtiyatlı olsunlar.



Bütün xəbərlər Facebook səhifəmizdə