“Caspian İnformatian Centre”: “İlham Əliyev əhalinin 95 faizinin etimadını qazanıb”
Azərbaycan Prezidenti İlham Əliyev əhalinin 95 faizinin etimadını qazanıb. SİA-nın xəbərinə görə, bunu Böyük Britaniyanın "Caspian İnformatian Centre" mərkəzinin direktoru Qerald Frost bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, sentyabrın 10-dan 30-a kimi Azərbaycanda 1000 nəfər arasında keçirilən sorğudan belə məlum olub ki, prezident İlham Əliyev xalqın etmadını qazanıb. Sorğu Azərbaycan siyasi iqtsadi sosial həyatını özündə əks etdirir: "Qərb ölkələrində keçirilən sorğularda dövlət başçısına bu qədər etimad göstərilməsi faktı qeydə alınmayıb - 96 faiz ölkə başçısının düzgün siyasət apardığını, 95 faizi ona etibat etdiyini, 79 faizi ölkə siyasətinin düzgün istiqamətdə getdiyini, 70 faizi iqtsadi inkişafın düzgün, 54 fazi gündəlik həyat tərzinin yaxşı inkişaf etdiyini, 49 fazi onlarin usaqlarını böyütmək üçün daha yaxşı imkanların olduğunu, 14 fazi isə uşaqların gələcəyinin sual altında olmasını düşünür\".
Mərkəzin Azərbaycanda apardığı sorğu nəticəsində həmçinin əhalinin 24 faizinin ölkədə yeni iş yerlərinin açılmasının vacib məsələ olduğunu göstəriblər. 40 fazi isə Azərbaycanda məşqulluq vəziyyətinin ötən 10 il ərzində daha da pisləşdiyini bildirib: "Azərbaycan rayonlarında əhalinin 33 faizi hesab edir ki, ölkədə bütün məsələlər düzgün istiqamətdə inkişaf edir. Bakıda isə bununla 12 faiz əhali razılaşır. Aparılan digər sorgu nəticəsində ölkədə əhalinin 82 fazi düşünür ki, Azərbaycanın qlobal mövqeyi ötən 10 ildə inkişaf edib. Üumilikdə isə insanlar fikirləşirlər ki, Azərbaycan təhlükəsizdir, sabit inkişaf edir və güclüdür".
Onun sözlərinə görə, sorğunun nəticəsinə əsasən respondentlərin 79 faizi fikirləşir ki, Azərbaycanda ümumi vəziyyət normaldır və düzgün istiqamətdə gedir. Sorğu iştirakçılarının 70 faizi isə fikirləşir ki, ölkədə iqtisadiyyat düzgün istiqamətdə inkişaf edir.
Qeyd edək ki, "Caspian İnformatian Centre" 2003-cü ildə təşkil olunub. İlkin işə Qazaxıstanda başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB