Əbülfəz Qarayev: “Turizm assosiyasiyası turizm paketlərinin hazırlanması üzərində işləyir”

Əbülfəz Qarayev: “Turizm assosiyasiyası turizm paketlərinin hazırlanması üzərində işləyir”

Hal-hazırda Azərbaycan Turizm assosiyasiyası turizm paketlərinin hazırlanması üzərində işləyir. Tursitlərin Azərbaycanın Beynəlxalq hava limanından qaşılanması və yola salınmasınadək hər şey 1 paketdə tətbiq olunacaq. Bunu SİA-ya açıqlamasında Mədəniyyət və Turzim naziri Əbülfəz Qarayev bildirib: "Bu xidmətlərdə həm mehmanxanalarla, yeməkxanlarla, nəqliyyat vasitələri ilə danışıqlar gedir.Bu paketlər hazır olandan sonra gələn ildən Turizm assosiyası internet vasitəsilə geniş məlumat yerləşdirəcək. Bu tədbirin Azərbaycanda geniş şəkildə qeyd olunması üçün böyük hazırlığı görürəm. Hər hansı bir problem inanmıram olsun".

Nazir gələn ilin yayına qədər Bakıda 500-ə qədər turist bələdçisinin sertifikat almasının nəzərdə tutulduğunu bildirib: "Savadlı olsa da, bələdçi sənədlərini əldə etməyən insanlara sözsüz ki, müəyyən məhdudiyyətlər qoyulacaq. Bizim müstəqil ölkə olaraq bu sahəyə yeni baxışımız var. Müasir Azərbaycanın gerçəkliklərini çatdırmaq üçün savadlı kadr potensialı lazımdır. Sovet dövründə Həmkarlar İttifaqı tərəfindən bələdçilərə verilən sertifikatlar dövlət səviyyəsində deyildi".

Əbülfəz Qarayev qeyd edib ki, bələdçilərin hər biri peşəkar olmalıdır: "Bunun üçün hər bir bələdçinin Azərbaycan Turizm İnstitutunda təşkil olunan bələdçi kurslarında iştirak etməsi vacibdir. Bütün sivil ölkələrdə olduğu kimi, Azərbaycanda da turist bələdçilərinin əlində və ya boynundan asılmış formada xüsusi nişanlar olmalıdır"- deyə sözlərinə əlavə edib.


Bütün xəbərlər Facebook səhifəmizdə