Turizmin bələdçiləri sertifikat alıb

Turizmin bələdçiləri sertifikat alıb

Azərbaycan Turizm İnistitutunda (ATİ) bələdçilik kursları ilə bağlı tədbir keçrilib. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan və Mədəniyyət Turzim naziri Əbülfəs Qarayev də iştirak edib. ATİ-nin rektoru, C.Cəfərov çıxış edərək qonaqlara tədbirin məqsədi haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, bələdçilik kursu öz fəaliyyətinə fevralın 9-u 2011-ci il tarixində başlayıb və mayın ayının 26-da yekun vurub. Kurs nəzəriyyə və praktika olmaqla iki proqram əsasında fəaliyyət göstərir. Nəzəri hissə 120 saat olmaqla 13 fənn üzrə tədris olunub. Dərslər həftədə 5 gün 2 saat olmaqla verilən proqram əsasında keçirilib. Bildirilib ki, ilk kursda 16 nəfər iştirak edib ki, onların da hər biri kursu dinləyici kimi müvəffəqiyyətlə bitirib. İmtahanlar isə 1 test, 2 şifahi və 3 ekskursiya olmaqla 3 mərhələdə həyata keçirilib. Test imtahanı 4 variantlı olmaqla kodlaşma aparılmaqla cari ilin 15 iyulunda, şifahi imtahan 20 bilet əsasında cari ilin 19 iyulunda, ekskursiya isə avtobusla Bakı şəhər turu və İçərişəhər olmaqla cari ilin 20 iyulunda Turzim bələdçilərinin və tərcüməçilərin attestasiyası komissiyasının iştirkaı ilə keçirilib. Qeyd edilib ki, hal-hazırda bələdçilik kursu növbəti olmaqla fəaliyyətini davam etdirir və hazırda dinləyici kimi iştirakçıların sayı 7-dir. Tədbirin sonunda Mədəniyyət və Turzim naziri Əbülfəz Qarayev tərəfindən bələdçi kurslarının dinləyicilərinə sertifikatlar təqdim olunub.


Bütün xəbərlər Facebook səhifəmizdə