Azərbaycan Prezidenti Ədliyyə Nazirliyinin bir sıra əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev Ədliyyə Nazirliyinin bir sıra əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. SİA-nın verdiyi məlumata görə, sərəncama əsasən, nazirliyin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Ələkbərov Malik Qulu oğlu, İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Qurbanov Faiq Mirəsədulla oğlu və Maliyyə və təminat idarəsinin rəisi Muradov Aslan Nüsrət oğluna III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB