Tərtər rayonudakı \"N\" saylı hərbi hissəsində “Güclü ordu, güclü dövlət” adlı tədbir keçirilib - FOTO
Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı ilə Azərbaycanın Dövlət Müstəqilliyinin bərpa olunmasının 20 illiyi münasibətilə Müdafiə Nazirliyinin Tərtər rayonuda yerləşən \"N\" saylı hərbi hissəsində "Güclü ordu, güclü dövlət" adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan BDM sədri İsmayıl Ağayev bildirib ki, məhz cəbhə bölgəsində əsgərlərlə görüşün məqsədi onlarda mənəvi psixoloji ruh yüksəkliyinin daha da yüksəldilməsi, hərbi hissədə yaradılan şəraitlə tanış olmaqdır.
Daha sonra BDM-in Qarabağ departamentinin rəhbəri, yazıçılar birliyinin üzvü, professor Ənvər Əhməd, şair Əvəz Lələdağ, BDM-in Aparat rəhbəri Samir Adıgözəlli öz çıxışlarında müstəqilliyimizin 20 illiyi münasibətilə əsgərlərimizi təbrik edərək, torpaqlarımızın azad olunması uğrunda döyüşə hər zaman hazır olduqlarının əminliklərini ifadə ediblər.
Sonra BDM-in mədəniyyət departamenti tərəfindən hazırlanmış konsert proqramı keçirilib. Xalq mahnılarının gözəl ifaçısı Yaqut Qarabağlının, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının çıxışları əsgərlər tərəfindən alqışlarla qarşılanıb. Əsgərlər mahnı sədaları altında rəqs ediblər. Sonda əsgərlər diasporçularla xatirə şəkli çəkdiriblər.
Tərtər bölgəsinə səfər edən nümayəndə heyətini Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov qəbul edib. Başçı Ceyhun Cəfərov rayonun sosial-iqtisadi və mədəni inkişafı sahəsində görülən işlər haqqında və gələcək planlar barədə geniş məlumat verib. BDM sədri İsmayıl Ağayev də öz növbəsində rayonda həyata keçirilən yenidənqurma işlərinin ürəkaçan olduğunu bildirərək BDM-in fəaliyyəti haqqında rayon rəhbərliyinə geniş məlumat verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB