\"İRƏLİ\" Gənclik Mərkəzində "Planetimizi tanıyaq" layihəsinin növbəti seminarı keçirilib. SİA-nın məlumatına görə, "İRƏLİ" Yaşıllar klubu tərəfindən həyata keçirilən görüşün əsas məqsədi gəncləri ekoloji məsələlər barəsində məlumatlılıq səviyyəsini artırmaqdır. 40-a yaxın gəncin qatıldığı tədbirdə "Sakit okeanın sirləri" adlı film nümayış olunub. Layihə koordinatoru Afaq Rizayevanın rəhbərliyi ilə mövzu ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, tədbirlər "International Dialog on Environmental Action" (IDEA) kampaniyasının təşəbbüsü ilə elan olunmuş "Ekologiya ayı" çərçivəsində həyata keçirilir. Layihə bu ilin sonunadək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB