Küveytin nüfuzlu Əl-Ray telekanalında Azərbaycan haqqında veriliş yayımlanıb

Küveytin nüfuzlu Əl-Ray telekanalında Azərbaycan haqqında veriliş yayımlanıb

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi Küveytdə fəaliyyət göstərən nüfuzlu ictimai təşkilatlarla o cümlədən Küveytin və demək olar ki, Körfəz regionu ölkələrinin ən nüfuzlu ictimai təşkilatlarından olan Lozan Gənclərin Nailiyyət Mərkəzi ilə sıx əməkdaşlıq edir. SİA-nın xəbərinə görə, Səfirlik adı çəkilən mərkəzlə birlikdə 2009-cu ildə Xocalı faciəsinin ildönümü münasibətilə Mərkəzin sərgi salonunda böyük tədbir keçirib. 2010-cu ildə cəmiyyətin üzvlərindən ibarət on iki nəfərlik qrup Bakıda səfərdə olub. Azərbaycan mədəniyyətini Küveytdə tanıtmaq məqsədilə Azərbaycan folklor rəqsi, balet, müasir rəqs proqramı çərçivəsində xoreoqraflar Zakir Ağayev və Yelena Ağayeva master klas dərslərinin verilməsi üçün bu ölkəyə dəvət olunublar. Artıq 21 noyabr 2011-ci il tarixində dərslərə başlanılıb.

20 noyabr 2011-ci il tarixində Küveytin populyar Əl-Ray televiziya kanalında Azərbaycan mədəniyyəti haqqında canlı veriliş yayımlanıb. Verilişdə səfirliyin mədəniyyət və mətbuat məsələləri üzrə attaşesi Babək Əhmədov və Mərkəzin icraçı direktoru xanım Nadia Əl-Saqqaf iştirak etmiş, ölkəmizin qədim və zəngin mədəniyyətindən, milli operamızın tarixindən habelə Azərbaycan və Küveyt arasında mədəni əlaqələrin inkişafından və bu sahədə görülən işlər barədə ətraflı məlumat verilmiş, ölkəmizin mədəniyyəti və tarixi abidələrimiz haqqında video material göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə