Xəzər İntellektual Gənclər Klubu Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə "Freedom Cup" turnirini təşkil edib. SİA-nın xəbərinə görə,turnirdə ölkənin ən güclü 30 komandası iştirakı edirdi. İştirakçılar arasında həm Xəzər İntellektual Gənclər Klubunun yüksək liqalarında təmsil olunan, həm klubun həyata keçirdiyi Universitet və Məktəb liqaları layihələrinin, həm də digər klubların komandaları yer alıb. Xəzər İntellektual Gənclər Klubunun sədri Seymur Teymurovun sözlərinə görə, İntellektual oyunlar üzrə təşkil olunan turnirlər bundan sonra da davamlı olaraq təşkil olunacaq. O vurğulayıb ki, Xəzər klubu bu istiqamətdə fəaliyyətini 2012-ci ildə daha da genişləndirəcək.
Yarışın suallar paketinin redaktorları Rusif Hüseynov və Oktay Məhərrəmov isə iştirakçılara 48 sualdan ibarət maraqlı yarışma və komandalar arasında sona qədər davam edən mübarizə bəxş ediblər. Nəticədə "Freedom Cup"ın qalibi Brainstorm komandası olub. İkinci və üçüncü yeri isə müvafiq olaraq Cihad və Diplomat komandası tutub. Qaliblər kubok, medallar və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB