BP-nin Gəncə ilə bağlı yeni layihəsi

BP-nin Gəncə ilə bağlı yeni layihəsi

BP şirkəti Gəncədə "İcma Biliklərinin artırılması və bacarıqların inkişafı" mövzusunda konfrans keçirilib. Tədbirdə əsasən qaz və neft kəməri keçən ərazilərdə yaşayan fermerlərlə görüş keçirilib. SİA-nın bölgə müxbirinin məlumatına görə, layihədə əsas məqsəd ərazidə kənd təsərrüfatı sahəsində çalışan fermerlərin sosial iqtisadi vəziyyətini yaxşılaşdırmaq, həmçinin məhsuldarlığın artırılmasına xidmət etməkdir. BP şirkətinin vitse-prezidenti Seymur Xəlilovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə 2003-cü ildən etibarən adıçəkilən şirkət sözügedən istiqamətdə bir sıra layihələri davam etdirir və yeni proqram da məhz bu məqsədə xidmət edir. Yeni layihədə göstərilən tələblərə gəlincə, ilkin mərhələdə arıçılığın inkişafına və istixanaların bərpasına diqqət artırılacaq. Hələlik layihəyə xərclənəcək məbləğ açıqlanmayıb. Vəsait həyata keçiriləcək proqramların yararlığından asılı olaraq ayrılacaq.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə