Azərbaycanda 2700-dən çox dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları var. Bunu Azərbaycan ədliyyə nazirinin müavini Toğrul Musayev hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib.
O qeyd edib ki, vətəndaş cəmiyyətinin inkişafı üçün əlverişli şərait yaradılıb, QHT-lər dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən problemlərin həllinə fəal cəlb olunurlar.
Nazir müavini həmçinin bildirib ki, qanunvericiliyə uyğun olaraq hüquqi və fiziki şəxslər tərəfindən mətbu nəşrin təsis edilməsi prosedurları xeyli sadələşdirilib. "Hazırda nazirlikdə uçota götürülmüş KİV-lərin sayı 4500-ü keçib", - o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB