O, qeyd edib ki, bu tədbirin təşkilində də əsas məqsəd məhz Azərbaycanda idmanı inkişaf etdirməkdir: "Biz planlaşdırırıq ki, həm Bakıda həm də bölgələrdə mütəmadi tədbirlər təşkil edək, idmançılarla görüşlər keçirək. Olimpiya dünyası qəzetində peşəkar kadrlar işləyir. Bu qəzeti son 10 ilin idman səlnaməsi də adlandırmaq olar".
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə çıxış edərək, idman sahəsindəki uğurlar haqqında əraflı məlumat verib. Qeyd olunub ki, ilk nömrəsi noyabrda nəşr olunmuş bu qəzetin idmanla bağlı qazandığı uğurlar təqdirəlayiq bir hal kimi qiymətləndirilir. Olimpiya dünyası qəzetin baş redaktoru Murad Fərzəliyev isə qəzetin idman jurnalistikasına verəcəyi töhfələrdən danışıb. Sonda isə Mətbuat Şurası tərəfindən bir sıra jurnalistə diplomlar təqdim edilib və ölkədə idman jurnalistikasının inkişaf xüsusiyyətləri nəzərdən keçirilərək, mövcud sahədəki problemlər və perspektiv vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB