Azərbaycanda sərnişin qatarlarına biletlərin internet vasitəsilə satışına başlanılıb
Xəbər verdiyimiz kimi, bu gündən Azərbaycanda ölkə daxilində və ölkədən kənara hərəkət edən sərnişin qatarlarına gediş biletlərinin internet şəbəkəsi vasitəsilə onlayn rejimdə satışına start verilib. Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-də yeni sistem ictimaiyyətə təqdim olunub. Qurumun sədri Arif Əsgərov bildirib ki, son illər sərnişinlərə göstərilən xidmət mədəniyyəti səviyyəsinin daha da yüksəlməsi istiqamətində bir sıra mühüm işlər həyata keçirilir. Onun sözlərinə görə, bunlardan biri də bilet kassalarında avtomatlaşdırılmış bilet satışı sisteminin tətbiq edilməsidir. A.Əsgərov qeyd edib ki, bunlar vətəndaşların sərnişin qatarlarına bilet almaq imkanlarını yaxşılaşdırmaq, onlara göstərilən mədəni xidmət səviyyəsini yüksəltmək və dəmir yolunda avtomatlaşdırılmış bilet satışı sisteminin tətbiqinin daha da gücləndirmək məqsədi daşıyır: "Uzun müddətdir ki, bunun üzərində iş aparılır. Bu gündən tətbiq olunan yeni sistemlə artıq 70-ə yaxın bilet internet vasitəsilə satılıb. Bunu yaratmaqda əsas məqsədimiz nağdsız bilet satışına keçmək və neqativ halların aradan qaldırılmasdır. Yeni sistemin quraşdırılması hər hansı bir kadr ixtisarlarına səbəb olmayacaq".
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov sərnişindaşımada tətbiq olunan yeniliyi yüksək qiymətləndirib və bunun müsbət nəticələr verəcəyini deyib.
Tədbir çərçivəsində vətəndaşlardan birinə bilet internet formada satılıb.
Qeyd edək ki, sərnişin kassaya yaxınlaşmadan QSC-nin saytının (www.railway.gov.az) onlayn bilet bölməsinə daxil olmaqla onlayn rejimi ilə istənilən qatara bilet sifariş edib plastik kartla ödəniş edə biləcək. Onlayn bilet satışı qatarın hərəkətinə 2 saat qalana qədər mümkündür. Onlayn formada bilet almaq istəyən müştərilər əvvəlcə QSC-nin saytında (www.railway.gov.az) yaradılan satış sistemində istifadəçi kimi qeydiyyatdan keçməlidir. Biletlərin vaxtında qaytarılması mümkündür. Belə ki, əgər sərnişin bileti 1 gün qalmış qaytarılırsa, pulun 100%, 6 saat qalmış 90%, 10 gün keçərsə, onun 75%-ni geri ala bilər. Ona görə də vaxtında kassaya müraciət edib, pulu geri götürmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170

.jpg)


USD
EUR
GBP
RUB