Bu gün Xalq Cəbhəsi\" qəzetinin 10 yaşı tamam olması münasibəti ilə tədbir keçirilib. SİA-nın xəbərinə görə, ölkənin aparıcı media qurumlarının rəhbərlərinin də iştirak etdiyi tədbirdə çıxış edən qəzetin baş redaktoru Elçin Mirzəbəyli mətbu orqanın 10 illik fəaliyyəti barədə geniş məlumat verib.
O, qeyd edib ki, 10 il müxtəlif səpkili yazıları ilə xalqa səslənən qəzet milləti maarifləndirməyə çalışıb. Onun sözlərinə görə, bu qəzet fərqli və müxtəlif fikirlərin konstruktiv formada cəmiyyətə təqdim etməyin mümkünlüyünü sübuta yetirib. Belə ki, \"Xalq Cəbhəsi\" qəzeti öz funksiyasını uğurla yerinə yetirir.
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə çıxışında mətbu orqanın əməkdaşlarını yubiley münasibəti ilə təbrik edib və qəzetin Azərbaycan mediasında tutduğu mövqedən danışıb. O, qeyd edib ki, qəzet Azərbaycanın ictima siyasi həyatını daima dəqiq və düzgün işıqlandırıb. Onun sözlərinə görə, Azərbaycana xarici hücumlar olan zaman bu qəzetdə ölkəmizin milli maraqları hər zaman müdafiə olunub və media orqanının Azərbaycanın bütövlüyünə, milli birliyə, Cənubi Azərbaycan məsələsinə xüsusi diqqətlə yanaşması qəzetin milli məfkurəyə xidmət etdiyinin göstəricisidir.
Daha sonra qəzetin bır sıra əməkdaşlarına yubiley münasibəti ilə diplomlar təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB