Prezident İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti, nəqliyyat üzrə komissar Siim Kallası qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Avropa Komissiyasının vitse-prezidenti, nəqliyyat üzrə komissar Siim Kallası qəbul edib. SİA-nın xəbərinə görə, Siim Kallas dövlətimizin başçısını Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə təbrik edib. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olundu, əlaqələrimizin müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb. Görüşdə, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında nəqliyyat, eyni zamanda TRASEKA proqramı çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB