Qənirə Paşayeva - “Onun sevgi məktubları”

Qənirə Paşayeva - “Onun sevgi məktubları”

Bu gün millət vəkili Qənirə Paşayevanın "Onun sevgi məktubları" adlı yeni kitabının təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, "Əli və Nino" kitab dükanları şəbəkəsinin satış məntəqəsində baş tutan tədbirdə müəllif oxucular üçün kitabları imzalayıb. "Onun sevgi məktubları" Azərbaycanın müasir ədəbiyyatında epistolyar janrda yazılmış azsaylı əsərlərdən biridir. Real hadisələr üzərində qurulan romanda yer alan məktubların mətni də kitabda nəql edilən sevgi hekayəti qədər gerçəkdir. Müəllif Qənirə Paşayeva hadisələrin yazarı olmaqla yanaşı, həm də gerçək iştirakçılarından, qəhrəmanlarından biridir. Bu roman üç nəfərin hekayətidir.

Müəllif Qənirə Paşayeva açıqlamasında bunu özü üçün önəmli bir hadisə hesab edib. O bildirib ki, bu kitabın təqdimatı xeyriyyə aksiyası üçün nəzərdə tutulub. Qeyd edək ki, kitabın məsləhətçisi və redaktoru Günel Mövlud, korrektoru Kifayət Haqverdiyeva, dizayneri isə İ.Nizamioğludur.

Bütün xəbərlər Facebook səhifəmizdə