Qədir Rüstəmovun həkimi: \"Şüuru tam qapalıdır, daha yaxsı nəfəs alması üçün boğazından deşik açmışıq\"
"Qədir Rüstəmovun vəziyyəti hələ də kritikdi". Bu barədə SİA-ya xanəndənin yerləşdirildiyi İstanbulun Acıbadəm xəstəxanasının həkimi məlumat verib. Həkimin sözlərinə görə, hazırda reanimasiyada olan Qədir Rüstəmov süni nəfəs aparatına qoşulub, komadadı. "Xəstə bura daxil olanda vəziyyəti olduqca ağır idi. Müayinə zamanı Qədir Rüstəmovun tək böyrəyinin sıradan çıxdığı aşkarlanıb. İndi onun böyrəyi də ayrıca aparata qoşulub. Bir neçə gün idiki, biz dializə aparatını cıxartmışdıq. Amma bu gün yenidən ehtiyac yarandığına görə aparatı qoşmaq məcburiyyətində qaldıq. Hazırda komadadı". Həkiminin dediyinə görə, onun yaxşılaşacağına ümid bəsləyir. \"Şüuru tam qapalıdır, daha yaxsı nəfəs alması üçün boğazından deşik açmışıq. Hazırda süni nəfəs aparatı ilə nəfəs alır." Xatırladaq ki, Qədir Rüstəmov 1 aydan artıqdır ki,"Acıbadem" xəstəxanasında həkim nəzarəti altındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB