Bu gün və sabah yağış yağacaq

Bu gün və sabah yağış yağacaq

Bu gün Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. SİA-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 6-8 dərəcə isti təşkil edəcək. Sabah da paytaxtda buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 7-11 dərəcə isti təşkil edəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə