Bu ayın sonuna kimi Bakının mərkəzi hissəsində yerləşən Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev, Füzuli küçələrindəki evlər söküləcək. Səbəb həmin ərazinin "Qış bulvarı" nın tikinti sahəsinə düşməsidir. Qeyd edək ki, sözügedən ərazidə yerləşən 500 ev artıq sökülüb. Ancaq 120 evin sakinləri hələ də öz evlərini tərk etmək istəmir. Səbəb həmin evlərdə yaşayan sakinlərin mənzillərinin əvəzinə təklif edilən kompensasiyanı qəbul etməməsidir. Belə ki, həmin ərazidə evlərin hər kvadratmetri üçün 1500 manat kompensasiya təklif olunur. Sakinlər isə bu qiymətin bazar qiymətlərinə uyğun olmadığını bildirərək evdən çıxmaqdan imtina edirlər.
Sakinlərə şəhərin mərkəzindən kənar hissələrdə yeni tikilmiş binalarda da ev təklif olunub. Ancaq onlar ancaq şəhərin mərkəzi hissələrində yaşamaq istədikləri bildirərək evdən çıxmaqdan imtina ediblər.
Sakinlərin hüquqlarını müdafiə edən hüquqşünas Ələkbər Məmmədovun SİA-ya verdiyi məlumata görə, sakinlər ayın sonuna kimi də, öz evlərini tərk etməyi düşünmürlər: "Həmin ərazidə yaşayan sakinlər aidiyyəti qurumlara etirazlarını bildiriblər. Ancaq bu heç bir müsbət nəticə verməyib".
Ayın sonuna isə az qalır. Tərəflər isə hələ də ortaq məxrəcə gələ bilməyib. Hadisələri gedişatını diqqətdə saxlayacağıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB