Azərbaycan Teleradio Verlişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sərd müavini Vaqif Ağayev uzun sürən xəstəlikdən sonra vəfat edib. Qeyd edək ki, V.Ağayev 1972-ci ildən AzTV-də çalışıb. Yaradıcılıq fəaliyyətinə TV-nin \"Gənclər üçün proqram\" baş redaksiyasında başlayıb. \"Xəbərlər\" redaksiyasının \"7 gün\" verlişində məsul rejissor, Xarici əlaqələr və kommersiya mərkəzində Əlaqələndilrmə və buraxılış şöbəsinin rejissor qrupunun rejissoru işləyib. 1 sentyabr 1994-cü ildən Dövlət Televiziya və Radio Verlişləri Şirkətinin bədii rəhbəri, 2006-cı ildə dövlət başçısının sərəncamı ilə Azərbaycan Teleradio Verlişləri Qapalı Səhimdar Cəmiyyətinin sədr müavini vəzifəsinə təyin edilib.
Mərhum bu gün torpaga tapşırılacaq.
Allah rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB