Gəncə şəhər İcra Hakimiyyəti başçısı Sevinc qəsəbəsində sakinlərlə görüşüb

Gəncə şəhər İcra Hakimiyyəti başçısı Sevinc qəsəbəsində sakinlərlə görüşüb

SİA-nın bölgə müxbirinin xəbərinə görə açıq mikrofon ətrafında keçirilən tədbirdə qəsəbənin movcud oldluğu problemlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Şəhər rəhbəri qeyd edib ki, Gəncənin yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində Sevinc qəsəbəsində yaşayan əhalinin rahağıcı üçün geniş işlər həyata keçiriləcək. Ancaq buna kimi ilkin problemlərin həlli yönümündə tapşırıqların icraasına başlanılacaq. İlk növbədə əsas diqqət yolların təmirinə yönələcək. Avtomobillərin rahat hərəkəti üçün yollara asvalt örtyü salınacaq.

Görüşdə əhali onları narahat edən bir sıra məsəlləri icra başçısının diqqətinə çatdırıb. Mavi yanacağın olmamamasından, həmçinin əraziyə marşurut xəttlərinin yoxluğundan gileyləniblər. Verilən tapşırıqla qəsəbəyə yeni avtobus xəttti çəkilib. Qəsəbədə salınan evlərin qeydiyyat məsələsi də diqqət mərkəzində olub. Sakinlər mənzillərinin qeydiyyata salınmamasından gileyləniblər və bu işdə Gəncə şəhər Dövlət Reystri Xidmətinin rəhbərliyini günahkar görüblər. Bu problemin həlinin də tez bir zamanda həll aradan qaldırılması ilə bağlı Elmar Vəliyev tapşırıq verib. Mənzillər tam qeydiyyata salındıqdan sonra İcra Başçısına məruzə olunacaq. Əlavə şikayyətlər və təkliflər də protokollaşdırılıb.

Bildirək ki, Sevinc qəsəbəsində 5 minə yaxın əhali yaşayır. Onların əksəriyyəti ətraf rayonlardan gələnlərdir.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə