Dünya Bankının sosial müdafiə proqramları üzrə məsləhətçisi Bakıdadır
Dünya Bankının sosial müdafiə proqramları üzrə məsləhətçisi Hernando Quinteronun Bakı səfəri başlayıb. SİA-nın xəbərinə görə, bu səfər Azərbaycanda tətbiq edilən Ünvanlı Sosial Yardım (ÜSY) proqramının beynəlxalq standartlara uyğun olaraq qiymətləndirilməsini həyata keçirmək məqsədi daşıyıb. Səfər çərçivəsində ÜSY proqramının, qanunvericilik bazasının, Məlumatların idarəetmə sisteminin hazırlanması, eyni zamanda sosial ödənişlər üçün maliyyə məsələlərinin avtomatlaşdırılmış idarə olunması, sosial yardım proqramının nəzarət və yoxlama funksiyalarının həyata keçirilməsi istiqamətləri üzrə qiymətləndirmələrin aparılması nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əhalinin Sosial Müdafiəsi Mərkəzlərində görüşlər keçirən beynəlxaq məsləhətçi Azərbaycanda həyata keçirilən sosial yardım proqramının ən mütərəqqi sosial proqramlardan biri kimi qiymətləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB