\"Eurovision 2012\" beynəlxalq mahnı müsabiqəsində iştirak edən xarici qonaqların təhlükəsizliyi ən yüksək səviyyədə qorunacaq. Artıq bu istiqamətdə işlərə başlanılıb. Bakı polisinə paytaxtda təmizlik işlərinin aparılması, küçələrdən dilənçilərin yığışdırılması və bir sıra mühüm vəzifələr tapşırılıb. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, \"Eurovision\" mahnı müsabiqəsinə kimi paytaxt küçələrindən bir nəfər də olsa dilənçi qalmayacaq. Təhlükəsizlik tədbirləri çərçivəsində paytaxtda gələn və bu günədək Bakıda qeydiyyata düşmədən yaşayan şəxslərin hamısı qeydiyyata alınacaq.
Polis əməkdaşlarının bilik və intellektual səviyyələrinin artırılması, onların xarici dillərə yiyələnməsi məqsədi ilə də xüsusi kurslar təşkil edilib. \"Eurovision\" mahnı müsabiqəsinə yüksək səviyyədə hazırlaşan polis əməkdaşları üçün müsabiqə keçiriləcək mövsümə uyğun yeni geyim də tikiləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB