“Venesiya su şəhərciyi” gələn ilin ilk aylarında istifadəyə veriləcək
Dənizkənarı Milli Bulvar ərazisində yerləşən Venesiya su şəhərciyinin tarixi Əliş Ləmbəranskinin adı ilə bağlıdı. Deyilənə görə 1950-ci illərdə Ləmbəranski İtaliyaya gedib və orada Venesiya şəhəri ilə tanış olub. Ləmbəranski bu şəhəri o qədər sevib ki, Bakıda onun alternativini yaratmaq qərarına gəlib. Beləcə, Bakıda "Kicik Venesiya" su şəhərciyi yaradılır.
Hazırda şəhərciyin ərazisində təmir tikinti və yenidənqurma işləri aparılır. Elə bu səbəbdən də parkın ərazisi bir neçə müddətdir ki, bağlanılıb. Dənizkənarı Milli Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov "Kiçik Venesiya şəhərciyi" adlanan ərazidə əsaslı yenidənqurma və bərpa işləri getdiyini deyir. Bir müddətdən sonra paytaxt sakinləri və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün əvvəlki xidmət növləri saxlanılmaqla, burada ən müasir əyləncə və yeni xidmət növləri istifadəyə veriləcək: "Əvvəllər "Venesiya" 3 hissədən ibarət idi: kanallar quru sahəni 3 ada formasında ayırırdı. Yeni şəhərciyin su hövzəsi və kanallarının sahəsi əvvəlkindən daha da geniş, daha dərin olacaq".
İdarə rəsmisi onu da bildirdi ki, təmir edilən adacıqların içərisində müasir quruluşlu yeni restoran-kafelər fəaliyyət göstərəcək. "Hazırda həmin ərazidəki köhnə körpülər tamamilə sökülüb. Yeni şəhərcikdə körpülər gözəl və müasir formada bərpa olunacaq. Su kanallarının içərisində isə yeni işıqlandırma sistemi yaradılacaq. Bu isə gecələr \"Kicik Venesiya\"nın daha gözəl görünməsinə xidmət edəcək".
Qurum rəsmisi aparılan təmir tikinti işlərinə xərclənən vəsaitdən isə danışmaq istəmədi. Deyir bu məsələ ilə bağlı hələ ki, müəyyən məbləğ açıqlanmır. Qeyd edək ki, sözügedən şəhərciyin Bakıda keçiriləcək \"Eurovision-2012\"-dək başa çatdırılacağını gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB