Masallı rayonunda Fikrət Sadıqovun idarə etdiyi "VAZ-2106" və Sənan Hüseynovun sürdüyü "VAZ-21010" markalı avtomaşınlar toqquşub. Nəticədə avtomobillərdə olan sərnişinlərdən Tənzilə Sadıqova hadisə yerində ölmüş, xəsarət almış sürücülər və bir sərnişin xəstəxanaya yerləşdiriliblər. Kürdəmir rayonunda Laçın rayon sakini Anar Həsənov idarə etdiyi "VAZ-2107" markalı avtomaşını aşırıb. Nəticədə sürücünün qızı 3 yaşlı Xədicə hadisə yerində ölüb. Xaçmazda isə Orxan Abbəyov sürdüyü "Mercedes" markalı avtomaşınla Samir Veysəlovu vurmuşdur. Piyada hadisə yerində dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hər üç hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB