Taner Yıldız: “Türkiyə artıq “Nabucco” layihəsi ilə bağlı məsuliyyət daşımır”
Türkiyə artıq "Nabucco" layihəsi ilə bağlı məsuliyyət daşımır. SİA-nın "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin enerji naziri Taner Yıldız bildirib. Onun sözlərinə görə, Türkiyə "Nabucco" layihəsi çərçivəsində üzərinə düşəni artıqlaması ilə yerinə yetirib: "İndi məsuliyyət layihədəki altı ortağımızın üzərinə düşür".
Türkiyəli nazir həmçinin bir müddət əvvəl Azərbaycanla imzalanmış qaz sazişinədə toxunub: "Sazış "Nabucco"nun qarşısını tamamən açıb və indi bu iri layihənin həyata keçirilməsi barədə avropalılar düşünməlidirlər". O, "Şimal axını" xəttinin istismara verilməsini də "Nabucco"nun əngəllənməsi kimi qəbul etmədiklərini vurğulayıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB