Qəbələdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş 36 mənzilli binanın istifadəyə verilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələ rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş 36 mənzilli binanın istifadəyə verilməsi mərasimində iştirak edib. SİA-nın xəbərinə görə, mərasim iştirakçıları dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Əlil və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidentinin fəaliyyətinin əsas prioritetlərindən birini təşkil edir, dövlət siyasətində mühüm yer tutur. Bu kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli evlərin tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir.
Azərbaycan Prezidenti mənzillərdə yaradılmış şəraitlə tanış olub. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib ki, mənzillərdə yaşayış üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyev Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüşdü, yeni mənzillərin orderlərini və avtomobillərin açarlarını sahiblərinə təqdim edib. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətimizin başçısına onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB