Bu gün səhər saat 10:00 radələrində Salyanın Qarabağlı kəndi ərazisində 500-dən çox sakin aksiya keçirib. SİA-nın Aran bürosunun hadisə yerində olan müxbirinin sözlərinə görə, sakinlərin Şirvan-Salyan yolunu bağlamaqda məqsədi kəndə təbii qazın verilməsini tələb etməkdir. Sakinlər bildirib ki, Qaz İstismar İdarəsi qazı əhaliyə vermək əvəzinə havaya buraxırlar. Sakinlər isə mənzillərini istiliklə təmin edə bilmirlər və soyuqdan əziyyət çəkir. Sakinlər onu da bildiriblər ki, kənddə yaşayan imkanlı adamların evində qaz olduğu halda onlara mavi yanacaq verilmir. Bu problemin aradan qaldırılmasında sakinlər Salyan rayonundan millət vəkili seçilmiş Fəzail Ağamalıdan narazılıqlarını bildiriblər. 3 saat yarım Şirvan-Salyan avtomobil yolunu bağlayan sakinlər polisin müdaxiləsindən sonra yolu açıblar. Aksiyaçılardan polis tərəfindən saxlanılan olmayıb. Aksiyada ən çox qadınlar, yaşlı və xəstə sakinlər iştirak edib.
Salyan Qaz İstismar İdarəsinin rəisi Xəyyam Rzayev aksiya keçirilən əraziyə gələrək açıqlama verib. Qeyd edib ki, magistral qaz kəməri yenidən çəkilir və qısa vaxtda bu kəndlə yanaşı, 21 yaşayış massivinə qaz veriləcək. Qarabağlı kəndinin sakinlərinə verilən qazın kəsilməsinə səbəb isə əhalinin rezin borulardan istifadə edərək xətt çəkmələri səbəb olub, bu isə təhlükəlidir.
İdarə rəisinin arqumentini sakinlər əsassız olduğunu bildirərək yenidən qaz verilmədiyi halda aksiya keçirəcəklərini bildiriblər.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB