İlham Əliyev Qəbələ Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib
Prezident İlham Əliyev Qəbələ Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib. SİA-nın xəbərinə görə, dövlətimizin başçısına məlumat verildi ki, müasir standartlara cavab verən binanın təməli ötən ilin martında qoyulmuş inşaat işləri bu ilin oktyabrında isə başa çatdırılıb. Bütün otaqlar zəruri mebel və texniki avadanlıqla təchiz olunmuş, yüksək səviyyədə iş şəraiti yaradılıb. Qeyd edilib ki, binanın ətrafında geniş yaşıllaşdırma işləri aparılmış, iki müasir fəvvarə, mükəmməl işıqlandırma sistemi quraşdırılıb. Binanın qarşısında mərmər üzərində Azərbaycanın xəritəsi yaradılıb. Bildirilib ki, bina üçün ərazi xüsusi olaraq seçilib. Foyedə Qəbələ rayonunun inkişafında böyük xidmətləri olan ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada, həmçinin ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin ölkəmizin inkişafı ilə bağlı fəaliyyətlərini əks etdirən fotoguşə yaradılıb. Ümumilikdə 50-yə yaxın iş otağının yaradıldığı binanın daxili də yüksək zövqlə tərtib edilib. Üçüncü mərtəbədəki 152 yerlik akt zalı müasir texniki avadanlıqla təchiz olunub. Burada ayrıca tərcümə otağı, kiçik konfrans zalı, 40 yerlik yeməkxana da vardır. Dövlətimizin başçısı binanın balkonundan ətrafı seyr edib. Sonda Azərbaycan Prezidenti görülən işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB