Prezident Qəbələ Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib
Prezident İlham Əliyev Qəbələ Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib. SİA-nın \"Azərtac\"a istinadən verdiyi məlumata görə, müasir standartlara cavab verən binanın bütün otaqları zəruri mebel və texniki avadanlıqla təchiz olunub, yüksək səviyyədə iş şəraiti yaradılıb. Binanın ətrafında geniş yaşıllaşdırma işləri aparılıb, iki müasir fəvvarə, mükəmməl işıqlandırma sistemi quraşdırılıb. Binanın qarşısında mərmər üzərində Azərbaycanın xəritəsi yaradılıb. Qeyd edək ki, təməli ötən ilin martında qoyulmuş inşaat işləri bu ilin oktyabrında başa çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB