ANAMA-nın direktoru NATO-nun mənzil-qərargahında görüşlər keçirib

ANAMA-nın direktoru NATO-nun mənzil-qərargahında görüşlər keçirib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov noyabrın 16-da NATO-nun mənzil qərargahında səfərdə olub. Azərbaycanın NATO yanında nümayəndəliyindən SİA-ya verilən məlumata görə, səfərin əsas məqsədi NATO ilə Saloğlu Sülh Naminə Tərəfdaşlıq (SNT) üzrə Etimad Fondu layihəsinin başa çatması və NATO ilə yeni Ceyrançöl SNT Etimad Fondu layihəsinə başlanması ilə bağlı məsləhətləşmələr keçirmək olub.

Bu məqsədlə Nazim İsmayılov NATO rəsmiləri ilə bır sıra görüşlər keçirib, Azərbaycanın NATO yanında Nümayəndəliyi tərəfindən səfirlər səviyyəsində təşkil edilən işçi naharda iştirak edib, həmçinin ABŞ-ın NATO yanında Daimi Nümayəndəliyində NATO Beynəlxalq Katibliyinin və NATO üzv və tərəfdaş dövlətlərinin ekspertləri üçün əsas diqqət mərkəzi Ceyrançöl layihəsi olan brifinq verib. NATO-da keçirdiyi görüşlərdə ANAMA direktoru həmçinin, ANAMA-nın digər fəaliyyətləri barədə məlumat verib və NATO rəsmiləri bu qurumun ölkə hüdudları kənarında gördüyü işləri, xüsusən də Əfqanıstan və Gürcüstanın bu sahədə milli qabiliyyətlərinin inkişaf etdirilməsinə ANAMA-nın töhfəsini yüksək qiymətləndiriblər.

Nazim İsmayılov dünən NATO-nun qərargahı Lüksemburqda yerləşən Maddi-texniki təminat və təchizat agentliyinə (NAMSA) səfər edib və yuxarıda qeyd edilən layihələr barədə NAMSA nümayəndələri ilə ətraflı texniki müzakirələr aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə