Azərbaycanda iki dəfə zəlzələ olub

Azərbaycanda iki dəfə zəlzələ olub

Xəzərin Azərbaycan sektorunda iki zəlzələ olub. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən məlumata görə, ilk zəlzələ noyabrın 17-də yerli vaxtla saat 09.39-da Xəzər dənizində, Bakı şəhərindən 230 km cənubi-şərqdə qeydə alınıb. 3.40 maqnitudada, 40 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.Ikinci zəlzələ isə noyabrın 18-də saat 01.10-da Xəzər dənizində, Astara şəhərindən 40 km şərqdə 3.1 bal gücündə qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə