B&B TV şirkəti açıqlama yayıb

B&B TV şirkəti açıqlama yayıb
B&B TV şirkəti Azərbaycanın Radiotezliklər üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri və katibi Salman Hüseynova məktub ünvanlayıb. Bu barədə məlumatı SİA-ya şirkətdən veriblər.
Məktubda deyilir ki, hazırda "Azercell Telekom" MMC 1 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinin 2 inz (81)- 2011/2011 nömrəli 25 oktyabr 2011-ci il tarixli Qərardadını nəzərə almayaraq 1965 - 1980 MHz və 21552170 MHz tezlik zolağına da 3-cü nəsil (3G) mobil rabitə xidmətlərinin tətbiqinə başlayıb. "Bunun nəticəsində "B&B TV Kommunikeyşn" MMC-nin efir - kabel televiziya xidmətinin normal şəkildə göstərilməsində maneələr yaradır və bütün "B&B TV Kommunikeyşn" MMC-nin abunəçilərinin etirazına səbəb olur.
Qeyd etdiklərimizi nəzərə alaraq Sizdən xahiş edirik ki, bu qanun pozuntusunun tez bir zamanda aradan qaldırılmasında bir tədbir görəsiniz", - deyə məktubda bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə